Fikrə yenidən baxış — Avtomatik fikirləri araşdırma məşqi

برای خواندن نسخه کامل کتاب باید وارد حساب کاربری خود بشوید

Short Description

Bu vasitə sizə necə kömək edə bilər?

“Fikrə yenidən baxış” səni narahat edən bir vəziyyətdə ağlından keçən fikri daha diqqətlə araşdırmağa kömək edən interaktiv özünə yardım məşqidir.

Bəzən baş verən hadisə ilə həmin hadisə haqqında düşündüklərimiz bir-birinə qarışır. Bir yozum bizə o qədər inandırıcı görünə bilər ki, başqa ehtimalları nəzərə almırıq.

Bu məşqdə hadisəni öz yozumundan ayırır, fikrini dəstəkləyən və onu tam təsdiqləməyən faktları araşdırır, vəziyyətə daha dolğun və reallığa uyğun baxmağı məşq edirsən.

Məqsəd özünü müsbət düşünməyə məcbur etmək deyil. Məqsəd fikirlərini daha diqqətlə qiymətləndirməkdir.

Nəyi daha aydın anlayacaqsınız?

Konkret bir hadisədə nə baş verdiyini, həmin anda nə hiss etdiyini və ağlından hansı avtomatik fikrin keçdiyini bir-birindən ayırmağı öyrənirsən.

Bu fikrə nə dərəcədə inandığını və onunla əlaqəli hissin nə qədər güclü olduğunu daha aydın müşahidə edə bilirsən.

Fikri dəstəkləyən məlumatları, eləcə də nəzərdən qaçırmış ola biləcəyin başqa faktları araşdırırsan.

Sonda ilkin fikrinin nə dərəcədə dəyişdiyini və vəziyyətə daha dolğun baxmağın mümkün olub-olmadığını qiymətləndirirsən.

Bu vasitə ilə nə edəcəksiniz?

Məşqdə yaxın zamanda yaşadığın konkret bir vəziyyəti seçirsən və 7 əsas mərhələdən keçirsən.

Əvvəlcə nə baş verdiyini yazır, hissini və onun gücünü müəyyənləşdirirsən. Sonra həmin anda ağlından keçən əsas avtomatik fikri seçir və ona nə qədər inandığını qiymətləndirirsən.

Qısa uyğunluq yoxlamasından sonra fikrini dəstəkləyən faktları və vəziyyətə başqa tərəfdən baxmağa kömək edən məlumatları qeyd edirsən.

Bu məlumatları nəzərə alaraq daha dolğun və əsaslandırılmış bir yozum formalaşdırırsan.

Sonda ilkin fikrinə inamını və hissinin gücünü yenidən qiymətləndirirsən. İstəsən, məşqdən sonra kiçik və konkret bir addım da müəyyənləşdirə bilərsən.

Gündəlik həyatda necə tətbiq edə bilərsiniz?

Məsələn, bir dostun mesajına cavab vermədikdə “Yəqin ki, məndən inciyib” deyə düşünə bilərsən. Yaxud işdə aldığın bir tənqidi “Mən bu işi bacarmıram” kimi yoza bilərsən.

Bu məşq belə vəziyyətlərdə ilk yozumunu dərhal həqiqət kimi qəbul etmək əvəzinə, onu mövcud faktların işığında araşdırmağa kömək edə bilər.

Məqsəd hər vəziyyətə müsbət baxmaq və ya çətinlikləri kiçiltmək deyil. Məqsəd hadisənin bütün məlum tərəflərini nəzərə alaraq daha əsaslandırılmış nəticəyə gəlməkdir.

Bu bacarıq gündəlik münasibətlərdə, işdə, təhsildə və emosional baxımdan çətin vəziyyətlərdə faydalı ola bilər.

Bu vasitə sizə uyğundurmu?

Bu vasitə aşağıdakı hallarda sizə uyğun ola bilər:

  • “Fikrə yenidən baxış” məşqi sənə uyğun ola bilər, əgər:
  • Konkret bir hadisədən sonra ağlından keçən fikir səni narahat edir və vəziyyətə başqa cür baxmaq istəyirsənsə;
  • Bəzən baş verən hadisə ilə onun haqqında öz yozumunu ayırmaqda çətinlik çəkirsənsə;
  • Avtomatik fikirlərinin hansı faktlara əsaslandığını araşdırmaq istəyirsənsə;
  • İlk ağlına gələn nəticədən başqa ehtimalların olub-olmadığını nəzərdən keçirmək istəyirsənsə;
  • Bir vəziyyəti daha dolğun və əsaslandırılmış şəkildə qiymətləndirməyi məşq etmək istəyirsənsə.
  • **Vacib:** Bu alət konkret hadisə ilə bağlı avtomatik fikirləri araşdırmaq üçün nəzərdə tutulub.
  • Həqiqi təhlükə, təhdid və ya zorakılıq varsa, ilk növbədə təhlükəsizlik və uyğun dəstək vacibdir. Kəskin psixoloji böhran zamanı və ya özün haqqında dərin, ümumi mənfi inanclar üzərində işləmək üçün bu məşq müstəqil şəkildə uyğun seçim olmaya bilər.
  • Bu alət klinik diaqnostikanın və ya peşəkar psixoterapiyanın əvəzi deyil.

Öz Seçimim şəxsi inkişaf yolunda sizə dəstək olur. Burada həyatın real çətinlikləri ilə işləməyinizə kömək edən, elmi biliklərə əsaslanan sadə və praktik özünə yardım vasitələri tapa bilərsiniz. Hər kəsin inkişaf etmək haqqı olduğuna inanırıq. Buna görə də sizi daha yaxşı həyata bir addım yaxınlaşdırmaq üçün ilhamverici və etibarlı məzmun təqdim edirik.

  • Login with SMS
  • Login with Password
user

0 Məhsul
View Cart
emptycart
No products in cart

شما اشتراک فعال دارید

شما درحال حاضر اشتراک فعال دارید و نمیتوانید اشتراک جدید بخرید